9 C
Baku
Tuesday, December 16, 2025

ABŞ-dən Azərbaycana pul köçürmələrin həcmi 54 faiz artıb

2025-ci ilin 9 ayında ABŞ-dan Azərbaycana daxil olan fiziki şəxslərin pul baratlarının həcmi 74.13 mln. dollar təşkil edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2024-cü ilin eyni dövründə bu göstərici 47.98 mln. dollar idi. Beləliklə, ABŞ-dan daxilolmalar 26.15 mln. dollar və ya 54.5% artıb.

Eyni zamanda, 2025-ci ilin 9 ayında Azərbaycandan ABŞ-a köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi 55.71 mln. dollar olub. 2024-cü ilin 9 ayında bu məbləğ 44.99 mln. dollar təşkil edirdi. Nəticədə ABŞ istiqamətinə pul köçürmələri 10.72 mln. dollar və ya 23.8% artıb.

Ümumilikdə, 2025-ci ilin 9 ayında ABŞ ilə fiziki şəxslər üzrə pul baratlarının xalis balansı müsbət olaraq 18.42 mln. dollar olub. 2024-cü ilin eyni dövründə bu balans 2.99 mln. dollar səviyyəsində idi.

Son xəbərlər
Digər xəbərlər