18 C
Baku
Saturday, October 18, 2025

ABŞ-dən olan qadın “ChatGPT” sayəsində 100 min dollar qazanıb

ABŞ-dən olan bir qadın “ChatGPT”yə etibar edib və lotereyada 100 min dollar qazanıb.

Bu barədə UPI məlumat yayıb.

Miçiqanlı Temmi Karvi şansını süni intellektə etibar etmək qərarına gəlib. Qadın “ChatGPT”dən lotereya oyunu üçün bir sıra nömrələr seçməyi xahiş edib.

“Mən sadəcə “ChatGPT”dən nömrələr təklif etməyi xahiş etdim. Onları biletə daxil etdim – və budur! Həyat yoldaşımla mən tam şokda idik”, – lotereya qalibi bildirib.

Karvi pulu ipotekanı ödəmək və əmanətlərini artırmaq üçün istifadə etməyi planlaşdırır.

Lotereya rəsmilərinin sözlərinə görə, bu, iştirakçının uduş üçün süni intellektdən istifadə etdiyini açıq şəkildə etiraf etdiyi ilk qeydə alınmış hadisədir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər