27 C
Baku
Saturday, July 27, 2024

ABŞ-da ən bahalı “penthouse” $238 milyona satılıb

Amerikalı milyarder və Citadel fondunun rəhbəri olan Ken Griffin, Nyu-Yorkda 238 milyon dollar dəyərində (15,7 milyard rubl) “penthouse” alıb. Banker.az xəbər verir ki, Realtor.com portalının məlumatına görə, bu, Amerika daşınmaz əmlak bazarında yeni rekorddur.

Griffin fondu Nyu-Yorkda 425 Park prospektində ofis açaraq varlığını genişləndirir. “Penthouse” un sahəsi 7,3 min m2 təşkil edir, bura milyarder üçün istirahət yeri olacaq.

18 mərtəbəli binanın fasadları əhəngdaşı ilə örtülmüşdür. Binada bir yeməkxana, idman zalı, bar, kitabxana, basketbol və uşaq meydançası var.

Griffin Londonda 125 milyon funt dəyərində bir ev satın aldığı məlum olub neoklassik üslubda inşa edilən bina Buckingham sarayının yaxınlığında yerləşir.

Son xəbərlər
Digər xəbərlər