15 C
Baku
Friday, April 26, 2024

ABŞ-da əhalinin dörddə biri koronavirusa görə işini itirib

ABŞ-da işləyən əhalinin dörddə biri koronavirusun yayılmasına görə iş yerlərini itirib və ya öz hesabına məzuniyyətə göndərilib.

Bunu “Reuters” agentliyinin sifarişi ilə “İpsos” tərəfindən aparılan ictimai rəy sorğusunun nəticələri göstərib.

Rəyi soruşulanların 23%-i artıq işlərini itirdiklərini və koronavirus səbəbi ilə öz hesabına məzuniyyət götürdüklərini söyləyib.

Evdə olan, işləməyən, lakin iş yerini saxlayanlar bu kateqoriyaya daxildir.

Sorğuda iştirak edənlərin əksəriyyəti isə ABŞ prezidenti Donald Tramp tərəfindən aprelin 12-dək koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərin tədricən aradan qaldırılmasına qarşı çıxıb.

Respondetlərin 81% -i iqtisadi vəziyyətə baxmayaraq işə getməməyi, evdə qalaraq özünü qorumağı zəruri hesab edir.

Rəyi soruşulanların yalnız 19% -i isə bu fikrin əksini düşünür.

ABŞ-ın Əmək Nazirliyi martın 26-da bildirib ki, son bir həftə ərzində 3,2 milyondan çox amerikalı işsizlik müavinəti üçün müraciət edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər