12 C
Baku
Friday, March 29, 2024

ABŞ-da 6 bankir qeyri-qanuni yolla gəlir əldə etməkdə ittiham olunur

ABŞ-ın aparıcı investisiya banklarında (“Goldman Sachs”, “Moelis”, “Centerview Partners”) çalışan 6 bankir qeyri-qanuni yolla gəlir əldə etməkdə ittiham olunur. 

Report agentliyi bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.

İttihama görə, onlar 2013-cü ildən bəri şirkətlərin daxili məlumatlarını ələ keçirməklə ticarət əməliyyatları aparıblar. Artıq həmin bankirlərdən 3-ü həbs olunub. 

Son xəbərlər
Digər xəbərlər