6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-da 800 şirkət Ukrayna üçün silah istehsal etmək istəyir

ABŞ Müdafiə Nazirliyi 800 şirkətin Ukrayna üçün innovativ silah istehsalı ilə bağlı 1300 təklifini nəzərdən keçirir.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “CNN” telekanalı yayıb.

Bildirilir ki, Pentaqon yaxın həftələrdə Ukrayna üçün mümkün silah istehsalı ideyaları ilə bağlı qərarını verməlidir.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi layihələri 30 gün ərzində və yaxud daha qəliz layihələri 180 günə həyata keçirməyi bacaran istehsalçılar axtarır.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər