5 C
Baku
Monday, December 23, 2024

ABŞ-da ali təhsil kreditlərinin növləri

Ali təhsil almaq üçün kreditlərin əldə edilməsi tək bizim ölkədə deyil, həmçinin Avropa və ABŞ-da da geniş yayılmışdır.

ABŞ-da ali təhsil kreditini necə əldə etmək olar?

Maliyyə analitiklərinin bildirdiklərinə görə ABŞ-da təhsil almaq üçün əldə edilən istehlak kreditləri artıq bir neçə ildir ki, ixtisaslaşdırılmış dövlət proqramı hesab olunur. Qeyd etmək lazımdır ki, məhz buna görə ölkə vətəndaşları dövlət hesabına və kredit götürərək demək olar ki, istənilən yaşda təhsil ala bilərlər. Hazırkı kreditləşmə proqramı digər kredit proqramlarından məbləğin həcminə, kredit müddətinə və kreditin verilmə şərtlərinə görə fərqlənir. Həmçinin qeyd etmək lazımdır ki, ABŞ-da ali təhsil üçün nəzərdə tutulmuş kredit proqramları bir neçə qrupa bölünür: valideyn kreditləri, özəl kredit proqramı, konsolidasiya edilmiş kreditlər, federal kreditlər.

Valideyn istehlak kreditləri verildikdən sonra 10 il müddətində ödənilməsi nəzərdə tutulur və 2 ay müddətinə ödənişin gecikdirilməsi halı nəzərdə tutulur. Bundan əlavə burada aylıq ödəniş 50 dollardan az olmamalıdır. Federal kreditlər isə ya təhsil müəssisəsinin özü tərəfindən, ya da bank təşkilatı tərəfindən verilir. Bunun üçün bank təşkilatı xüsusi dövlət akkreditasiyasından keçməlidir. Tələbə təhsil aldığı müəssisədən federal kredit əldə etdikdə onu çox aşağı faiz dərəcələri gözləyəcək. Bununla yanaşı təhsil müəssisəsi təhsilini uğurla davam etdirən tələbəyə krediti ödəməkdə də köməklik göstərir.

Analitiklərin bildirdiyinə görə, federal kredit əldə etmək üçün potensial tələbə-borcalanın öz maddi vəziyyətinin pis olmasını sübut etməsi kifayətdir. Özəl istehlak kreditləri tələbənin ödəməli oldu məbləğlə dövlətin göstərdiyi maddi yardım arasında fərq yaradır. Konsolidasiya edilmiş kreditlər isə ABŞ-da bir neçə təhsil krediti proqramının birləşdirilmiş formasıdır.

Son xəbərlər
Digər xəbərlər