Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında iyunun 27-də Vaşinqtonda başlayacaq danışıqlar 3 gün davam edəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.