12 C
Baku
Monday, November 25, 2024

ABŞ-da bank müflis oldu

ABŞ hakimiyyəti Florida ştatındakı “First National Bank of Crestview” bankının fəaliyyətini dayandırıb.

Bu, 2015-ci ildə ölkədə bağlanmış ilk kredit təşkilatıdır.

Bu bankın aktiv və depozitləri Luiziananın “First NBC Bank”ına keçəcək.

Qeyd edək ki, 2014-cü il sentyabrın 30-na olan məlumata görə, “First National Bank of Crestview” bankının 79,7 milyon dollar həcmində aktivi olub, depozitlərinin həcmi isə 78,6 milyon dollar təşkil edib.

Ötən il ABŞ-da müflis olmuş maliyyə təşkilatlarının sayı 18-ə çatıb. 2013-cü ildə bu göstərici 24 bank təşkil edib.

Trend.az

Son xəbərlər
Digər xəbərlər