22 C
Baku
Saturday, May 11, 2024

ABŞ-da benzin qiyməti tarixi maksimumu yeniləyib

ABŞ-da benzin qiyməti rekord həddə artaraq tarixi maksimumu yeniləyib.

Bu barədə Amerika Avtomobil Assosiasiyası bildirib.

Hazırda ölkənin əksər ştatlarında benzinin qiyməti bir qallon (3,7 litr) üçün 4,67 dolları ötüb.

Ötən gün bu rəqəm 4,62 dollara bərabər idi. ABŞ-da benzin qiymətləri ardıcıl üç həftədir ki, tarixi maksimumu yeniləyir.

Ölkədə ən bahalı benzin isə Kaliforniya ştatında satılır. Orada benzinin bir qallonu 6,2 dollara yaxındır.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər