ABŞ-da benzinin pərakəndə satış qiyməti 2014-cü ildən bəri ən yüksək həddə çatıb.
Bu barədə Amerika Avtomobil Assosiasiyasının (AAA) nümayəndəsi bildirib.
Belə ki, ABŞ-da bir qalon (3.8 litr) adi benzinin orta qiyməti 4 qəpik artaraq 3,24 ABŞ dollarına yüksəlib. Bu, 2014 -cü ilin oktyabr ayından bu yana ən yüksək pərakəndə satış qiymətidir.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti də ötən gün 1,4% artaraq 82,2 ABŞ dollarından çox olub.