11 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-da bitcoin-ə ev satılır

Las-Veqasda kazino sahibi olan Cek Leto öz evini bitcoin-ə satmaq istəyir. Bundan əvvəl isə kriptovalyuta ilə baş tutmuş müqavilənin dəyəri 1 milyon dollar həcmində idi.

Lakin Leto bu göstəricini keçməyi ciddi cəhdlə planlaşdırır. O öz evini 7-8 milyon dollar olaraq qiymətləndirir və ödəniləcək məbləği bitcoinlərlə tələb edir.

Leto-nun ailəsi 2010-cu ildən etibarən kriptovalyutaya yatırım edir və Leto bu variantı daha sərfəli hesab edir.

Qeyd edək ki, bəzi ölkələr bitcoin-lərdən istifadəyə icazə verdikləri halda, bəziləri qadağan etmişlər. Qadağan edən ölkələrdən biri də Çindir.

Lakin fakt fakt olaraq qalır. Bitcoinlərin dəyəri keçən il ərzində 10 dəfəyə qədər artmışdır və əgər  artım bu templə də davam etsə Cek Leto sərvətini iki dəfəyə qədər artıra biləcək.

Son xəbərlər
Digər xəbərlər