16 C
Baku
Tuesday, April 30, 2024

ABŞ-da Böyük Depressiya illəri: 1929-1933

Böyük Amerikan böhranı

Böyük Depressiya sinxron və irimiqyaslı idi, o dünya iqtisadiyyatının bütün sahələrinə nüfuz etmişdi. Mahiyyət etibarı ilə onu dünya iqtisadi böhranı adlandırmaq olardı, lakin onun tarixə “depressiya” kimi düşməsi cəmiyyətin düçar olduğu emosional durum ilə bağlı idi. İnsanlar həqiqətən də depressiv durğunluq vəziyyətinə qərq olmuşdu. 

ABŞ-da böyük depressiyanın səbəbləri

İqtisadi nəzəriyyə nöqteyi-nəzərindən ABŞ-da 1929-cu il Böyük Depressiyası məhsulların həddindən çox istehsalı və elə həmin bu məhsulların alınması üçün pul kütləsinin çatışmazlığı səbəbindən baş tutmuşdu. Pulların qızıla bağlılığı olduğu üçün, bu metalın miqdarı isə məhdud olduğu üçün, pul defisiti ortaya çıxdı, bunun ardınca isə məhsul və xidmətlərə ödəniş qabiliyyətli tələbin defisiti yaşandı. Daha sonra isə zəncirvarı reaksiya və ya “domino prinsipi” baş verir: məhsulların qiymətlərinin kəskin aşağı düşməsi (deflyasiya), müəssisələrin iflas olması, işsizlik, idxal olunan məhsullardan alınan əlavə vergilər, istehlakçı tələbatının və həyat səviyyəsinin kəskin aşağı düşməsi.

Böyük Depressiyanın başlandığı gün olaraq ABŞ-da 1929-cu il 29 oktyabr, cümə axşamı günü başlamış birja iflası götürülür. Fond bazarı bir gün içərisində yıxılır, səhmlər 10 milyard dollar aşağı düşür, bu isə 10 milyard dollar həcmində kredit pullarının yoxa çıxması demək idi. Məhz bu birja iflası nəticəsində ABŞ-da 20-25 milyon insan itkiyə məruz qaldı.

depressiya%2021

Böyük amerikan Depressiyası ilə bağlı başqa nəzər nöqtələri də vardır. Böyük Depressiyadan öncə Amerikan İqtisadiyyatında gur iqtisadi artım müşahidə olunmuşdu. Belə ki, 1917 -1927 illərdə ABŞ-ın milli gəliri 3 dəfə artmışdı. Konveyer istehsalı mənimsənilmiş, fond bazarı sürətlə inkişaf etmişdi, həmçinin spekulyativ əməliyyatların sayı artmış və daşınmaz əmlak bahalaşmışdı. Məhsul istehsalının artımı pul kütləsinin çoxalmasını tələb edirdi, dollar isə qızıla bağlı idi.

Böyük Depressiyadan öncə ABŞ-ın qızıl ehtiyatlarının artım tempi iqtisadiyyatın sürətli artım tempindən çox ləng idi. Bu şərait gizli inflyasiyanın yaranmasına gətirib çıxardı, çünki hökumət iqtisadiyyatın gur inkişafının təsiri altında yeni pullar çap etməyə başladı. Məhz bununla da dolların qızıla bağlılığı qırılır, büdcə defisiti böyüyür, FES uçot dərəcəsini aşağı salır.

Elə bir situasiya yaşanır ki, sənayedəki istehsal artımı azalır, psevdo-pulların (veksel, çek, qəbz və s) sayı isə artırdı. Məhz iqtisadiyyatdakı bu balans pozulması 1929-cu il, “qara çərçənbəsinə” gətirib çıxarır.

Böyük Depressiyanın ABŞ və dünya üçün fəsadları

1929-1933-cü illərdə baş vermiş Böyük ABŞ böhranının rəqəmlər ilə ifadəsi olduqca tükürpərdici görünür. 1933-cü ildə sənaye istehsalının həcmi 1929-cu il ilə müqayisədə 46% aşağı düşmüşdü. 1929-cu il böhranı ABŞ iqtisadiyyatını və sənayesini ən azı 20 il geriyə ataraq, 1911-ci il səviyyəsinə endirdi.

1929-1933-cü illərdə ABŞ ÜDM-i 1,85 dəfə aşağı enərək, 103,9 milyard dollardan 56 milyard dollara düşdü. İşsizliyin həcmi 3,2%-dən 25%-ə yüksəldi, bu təqribən 12,8 milyon insanın gəlirdən məhrum olması demək idi.

Əmək problemlərinin araşdırılması üzrə Assosiasiyanın verdiyi məlumata görə isə işsizlərin sayı daha çox, yəni 17 milyon nəfər idi. 2,5 milyon insan isə evsiz qalmış, yaşayış yerindən məhrum olmuşdur. 135000 kompaniya iflas olmuş, korporasiyanın gəlirləri 60%-ə düşmüşdür.

bohrandsdBazarın ümumi kapitallaşması isə 4,5 dəfə azalaraq, 87 milyard dollardan 19 milyard dollara düşmüşdü, fermalara məxsus daşınmaz əmlaklarının qiyməti 10 dəfəyə qədər ucuzlaşdı. 897 minə yaxın ferma təsərrüfatı müflis oldu, bu isə ümumi ferma təsərrüfatlarının ümumi sayının 14,3%-ni təşkil edirdi.

Böyük Deoressiyanın zərbəsi altına Almaniya, fransa, Böyük Britaniya kimi digər Qərb dövlətləri də düşdü, həmçinin Mərkəzi və Cənub-şərqi Asiya (Yaponiya hələ 1927-ci ildə) və Latın Amerika ölkələri də bu böhranın əziyyətini yaşamalı oldular.

Böyük Depressiya və 2008-ci il böhranı

Ötən əsrdə baş verən hadisələrdən məlumatlı olan istər-istəməz onlarım hal-hazırda, yaşadığımız zamanda baş verən maliyyə böhranları ilə müqayisə aparmaya bilmirsən. 2008-2009-cu illər böhranının Böyük Depressiya ilə ortaq cəhətlərini çox asanlıqla sezmək olar.

Hər şey yenə ABŞ-da və hər şey yenə də maliyyə sektorunda başladı. Daha sonra o real iqtisadiyyata keçir, fond bazarı iflas edir, istehlakçı tələbatı sağı düşür, işszilik yüksəlir, pul qiymətdən düşür? Ardını isə artıq bilirsiniz.

Uoll-Strit iflası və ya “Qara cümə axşamı”

Resessiya nədir?

Son xəbərlər
 ⁠
Digər xəbərlər