15 C
Baku
Wednesday, April 24, 2024

ABŞ-da bu il neft hasilatı azalacaq – PROQNOZ

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə 2021-ci il üçün neft hasilatı üzrə proqnozunu cüzi azaldıb.

Cari il ABŞ da gündəlik neft hasilatının 11,08 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 11,12 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Proqnoza əsasən, 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı 11,72 mln. barel təşkil edəcək ki, bu da ötən proqnozdan 0,05 mln. barel azdır.

Qeyd edək ki, EIA-in hesablamalarına görə, ötən il ABŞ-da ortalama gündəlik neft hasilatı 11,28 mln. barel olub.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər