Banker.az xəbər verir ki, One Click Retail analitik şirkətinin məlumatlarına əsasən, 2017-ci ildə ABŞ-da e-commerce satışların təqribən 44%-i və pərakəndə satışların ümumi həcminin 4%-i Amazon şirkətinin payına düşüb.
Cəlbedici rəqəmlər olsa da, online nəhəngi yeni ildə daha böyük artımlar gözləyir.
Ən sürətlə inkişaf edən məhsul kateqoriyaları sırasında premium gözəllik məhsulları (2016-cı il ilə müqayisədə 47% artım), ərzaq məhsulları və məişət kimyası (38%), baqqal məhsulları (33%) və mebel (33%).
Noutbuk, qulaqçıq, və digər kompüter aksessuarları da daxil olmaqla, istehlakçı məhsulları həmçinin uğura imza atıb. Belə ki, bu kateqoriyalar üzrə satışların 8,5 milyard dollardan çoxu Amazonun payına düşüb.
Ekspertlər bu kateqoriyalar üzrə satış həcminin 2018-ci ildə də artmağa davam edəcəyini gözləyir.