ABŞ-da çoxmərtəbəli yaşayış binası çöküb – Video

Mayamidə (Florida ştatı, ABŞ) çoxmərtəbəli yaşayış binası çöküb, bu barədə yüksək rütbəli məmura istinadən “ABC” telekanalı məlumat yayıb.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir ki, hadisə nəticəsində minimum üç nəfərin öldüyü və 99 nəfərin itkin düşdüyü bildirilir.

Mayami yanğınsöndürmə xidmətinin verdiyi məlumata görə, axtarış-xilasetmə işlərinin ilk saatlarında binanın içərisində olan 35 nəfər xilas edilib. Onlardan 10 nəfər yaralı olub və xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, hadisə yerinə Paraqvayın birinci xanımı Silvana Lopes Moreyra de Abdo da gəlib. Məlumata görə, onun bacısı Sofiya və ailəsi məhz bu binada yaşayıb.

Hal-hazırda 12 mərtəbəli kondominiumun çökməsi səbəbləri araşdırılır. Ümumilikdə yaşayış binasında 135 mənzil olub, onlardan 55-i uçub. ABŞ prezidenti Co Bayden hadisə ilə bağlı Floridada fövqəladə vəziyyət elan edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.