10 C
Baku
Friday, December 13, 2024

ABŞ-da daha bir problemli bank aşkarlanıb

Kaliforniyanın “PacWest Bancorp” bankının səhmləri ötən gecə bankın satış variantlarını araşdırdığı bildirildikdən sonra 56% ucuzlaşıb. İnvestorlar “PacWest”in bağlanan və aktivlərinin digər, daha böyük ABŞ banklarına satılan digər iki Kaliforniya bankının – “Silicon Valley Bank” və “First Republic Bank”ın taleyini təkrarlaya biləcəyindən qorxaraq bu hesabatdan narahatdırlar.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Təxminən 210 milyard dollar aktivi olan “SVB” və 230 milyard dollar aktivi olan “First Republic Bank” ilə müqayisədə “PacWest” xeyli kiçikdir – təxminən 40 milyard dollar aktivi və 67 filialı var. Analitiklər uzun müddətdir ki, “SVB” və “First Republic” ilə problemlər barədə xəbərdarlıq edirlər.

“PacWest” bəzi digər regional bankların kotirovkalarının azalması üzrə liderlər arasındadır. Mayın 2-də ticarətin nəticələrinə görə, ABŞ-ın regional banklarının səhmlərinin indeksi 5%-dən çox düşüb, “PacWest” isə 28% itirib. .

Son xəbərlər
Digər xəbərlər