ABŞ Prezidenti Cozef Bayden “İda” qasırğasına məruz qalmış Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edib.
Bu barədə“RİA Novosti” xəbər verir.
Son məlumatlara görə, leysan yağışları və daşqın Nyu-Cersi ştatında 23, Nyu-York ştatında isə 15 nəfərin həyatına son qoyub.
“Prezidentin sərəncamı daxili təhlükəsizlik departamentinə və fövqəladə halların idarə edilməsi üzrə federal agentliyə təbii fəlakətin fəsadlarının aradan qaldırılması üzrə bütün səyləri koordinasiya etmək səlahiyyəti verir”, – Ağ Evin bəyanatında deyilir.