ABŞ-da “Disneyland” əyləncə parkının yaranma tarixi

Disneyland məşhur tematik parkı 17 iyun 1955-ci ildə Los-Ancelesin cənubunda yerləşən Anahaym şəhərində (ABŞ, Kaliforniya ştatı) açılmışdır.

Həmin gün amerikan “multiplikasiya kralı” və uğurlu biznesmen Uolt Disney (Walt Disney) uşaqlar və valideynləri üçün möhtəşəm əyləncə parkının təntənəli açılış mərasimini keçirdilər. Bu tədbir ABC kanalı tərəfindən birbaşa yayımlandı, parkın açılış mərasimini ABŞ-ın gələcək prezidenti aktyor Ronald Reyqan aparmışdı.Uşaqlar üçün əyləncə parkının yaradılması ideyası Disney tərəfindən qızları ilə parkda gəzərkən yarandı. Uşaqlar karuseldə fırlanarkən ataları dükanda oturub gözləyirdi ki, qızları nə vaxt bezəcək. Bu gəzintilər zamanı Uolt Disney həm uşaqların, həm də valideynlərin yaxşı vaxt keçirə biləcəyi park haqqında fikirləşdi.

Əyləncə parkı bütün ailə üçün istirahət yeri olmalıdır və onda Disney belə bir park yaratmaq qərarına gəldi. Lakin tarixçilərin dediyinə görə, İkinci Dünya müharibəsi Disneyin ideyalarının gerçəkləşməsinə mane oldu. Yalnız 1954-c ildə Anahaymda 32 hektarlıq portağallıqda Disneyland-in tikintisinə başlanıldı.Bu parkın hazırlanması və tikintisinə Disneyin özü birbaşa başçılıq edirdi. O elə bir yer yaratmaq istəyirdi ki, bütün yaşdan olan insanlar özünü orda uşaq kimi hiss edə bilsinlər.

The Walt Disney Company şirkəti tərəfindən ilk Disneyland-in tikintisinə 17 mln dollar xərclənmişdir, lakin tezliklə bütün yatırımlar 10 dəfə daha çox gəlir gətirdi.

Sehrbaz Uolt Disneyin ən böyük arzusu 17 iyul 1955-ci ildə Disneyland Resort-un qonaqpərvər qapılarını açmaqla reallaşdı. Uolt Disney parkın yaradılmasına ürəyini qoymuşdu. Rəssamın fantaziyası və parkın bütün yaradıcılarının entuziazmı Mikki-Maus və onun dostlarının yaşadığı cizgi filmlərinin və nağılların sehrli dünyasında öz əksini tapdı. Bu tamamilə orijinal və bənzəri olmayan, dörd əsas prinsip üzərində yaradılmış park idi: Uolt Disneyin cizgi filmlərinin sehrli krallığını yenidən qurmaq, cürbəcür və yeni texniki tryukların əlavə olunması, ziyarətçilərdə elə təəssüratlar yaratmaq ki, sanki onlar cəngəlliklər arasında üzür, ya da qarşılarında ruhlar görürlər və ya dənizin dibində sualtı gəmidə oturublar.

Ilk əvvəl attraksionların sayı 16-a, giriş bileti isə 1 dolara bərabər idi. Hazırda olduğu kimi ziyarətçiləri girişdə Mikki-Maus, Ağbəniz və Yatmış Gözəl qarşılayırdı. Daha sonralar onların sırasına Pinokkio və Vinni-Pux da qatıldı.

Disneyland tez bir zamanda ABŞ-ın görməli yerlərindən birinə və ailəvi istirahət üçün sevimli məkana çevrildi. Əbəs yerə Disneyland-i dünyanın ən xoşbəxt yeri saymırlar. Qonaqları Uolt Disneyin səsi salamlayır: “Bizim bu xoşbəxt məkana Xoş Gəlmisiniz! Disneyland sizin ölkənizdir. Burda kamillik yenidən keçmişin ən əziz xatirələrini yaşayır, cavanlıq isə gələcəyin vədləri və çağırışlarından həzz alır. Disneyland Amerikanı yaratmış ideallara, arzu və real faktlara həsr olunub, ümid edirik ki, bu dünya üçün sevinc və ilham mənbəyi olacaq.

Disneyland-in müasir kompleksi əhəmiyyətli dərəcədə genişlənmiş və 200 hektarlıq sahəni əhatə edir. Park üç hissəyə bölünüb. Birinci zona – simvolu Yatmış Gözəlin Qəsri olan Disneyland Park-ının özüdür. İkinci zona – 2001-ci ildə açılmış Disney’s California Adventure Park tematik parkıdır, bu sahə Qızıl Ştatın tarixinə və mədəniyyətinə həsr olunmuşdur və simvolu Kaliforniya canlı təbiətinin rəmzi olan qrizli ayısının siluetini xatırladan süni Grizzly Peak dağıdır. Eyni anda Disney’s California Adventure ilə birlikdə üçüncü zona – Downtown Disney yaradıldı, kompleks bir çox attraksiondan, teatr, 12 zallı kinoteatr, mağaza, restoran, bar və oyun əşyalarında ibarətdir.

Disneyland Resort-un qonaqları Disney studiyasının sevimli animasiya və bədii filmlərinin əsl qəhrəmanları ilə ünsiyyətdə ola və fantastik attraksionlarda əylənə bilərlər. Park gündəlik paradlar və atəşfəşanlıq təşkil edir. Disneyland-in küçələrində orkestrin müşayiəti ilə Mikki-Maus və Donald Dak digər cizgi filmi qəhrəmanları ilə birlikdə gəzirlər. Parkda hər yerdə monorels, parovoz, fayton və ya funikulyor tapmaq olar. Funikulyordan parkın ərazisinə gözəl mənzərə açılır.Disneyland-in yaranmasından bu yana onu 500 milyon qonaq, o cümlədən kral ailəsi, prezidentlər və dövlətin digər rəsmiləri ziyarət edib. Disney parklar şəbəkəsi bu günlərdə də genişlənmişdir, Anahaym şəhərində yerləşən ilk Disneyland-dan başqa Florida ştatında (ABŞ) Disneyworld, Parisdə (Fransa) Avro-Disneyland, Tokio-Disneyland (Yaponiya) və Honqkonqda (Çin) Disneyland fəaliyyət göstərir.