18 C
Baku
Şənbə, Sentyabr 25, 2021

ABŞ-da elektromobilləri şarj edən maqnit sementdən yol çəkiləcək

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ-ın İndiana ştatının Nəqliyyat Departamenti (INDOT) Perdyu Universiteti və Almaniyanın “Magment” startapı ilə birlikdə elektrik avtomobilləri hərəkətdə olan zaman şarj edəcək maqnit sementdən yol çəkəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Magment” maqnit sementin tam tərkibini açıqlamasa da, bu materialın ferrit əsasında hazırlandığını və 200-250 kVt gücündə olan batareyaları şarj etməyə qadir olduğunu vurğulayır.

İndiana ştatının bu layihəsi üç mərhələdən ibarət olacaq. Birinci və ikinci mərhələlərdə sınaqlar keçiriləcək, xərclər təhlil ediləcək və yol örtüyünün tərkibi optimallaşdırılacaq. Bu məqsədlə yerli hökumət universitetin Uest-Lafeyette kampusunda yolun kiçik hissəsinin inşasını maliyyələşdirəcək.

Birinci və ikinci mərhələlər müvəffəqiyyətlə nəticələnsə, INDOT 400 m uzunluğunda sınaq stend quracaq, onun üzərində böyük gücə malik (250 kVt-dan çox) texnikaların şarj edilməsi yoxlanılacaq.

“Magment” – adi yolları elektrikli avtomobillərin şarj sistemlərinə çevirməyi planlaşdıran yeganə şirkət deyil. Məsələn, İsrailin “Electron Wireless” startapı oxşar texnologiya üzərində işləyir və asfaltın altında yerləşən şarj qurğuları şəbəkəsindən istifadə edir.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər