26 C
Baku
Friday, July 26, 2024

ABŞ-da elektron siqaret şirkəti $440 milyon təzminat ödəyəcək

ABŞ-ın elektron siqaret istehsalçısı olan “Juul” şirkəti 440 milyon dollar təzminat ödəyəcək. Aparılan istintaq çərçivəsində şirkətin məhsullarının gənclərdə nikotin asılılığı yaratdığı məlum olub.

33 ştatda iki il ərzində aparılan istintaq nəticələrindən bu qənaətə gəlinib. Şirkət təzminatı ödəməyi qəbul edib.

Konnektikut baş prokuroru Uilyam Tonq “Juul” ilə əldə olunan razılaşmaya əsasən, şirkətin 6-10 il müddətində 438.5 milyon dollar məbləği ödəyə biləcəyini qeyd edib.

Bildirilib ki, müqaviləyə əsasən, “Juul”un bəzi məhsulları ilə bağlı məhdudiyyətlər də nəzərdə tutulub.

Digər doqquz əyalət və yüzlərlə istehlakçı tərəfindən “Juul”a qarşı təzminat iddiaları davam edir. Şirkətin xüsusilə 21 yaşdan kiçik gəncləri hədəf aldığı və nikotin asılılığına səbəb olduğu iddia edilir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər