9 C
Baku
Thursday, December 12, 2024

ABŞ-da fövqəladə vəziyyətin müddəti uzadıldı

ABŞ Prezidenti Co Bayden 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktlarından sonra terrorizm ilə mübarizə ilə bağlı fövqəladə vəziyyətin müddətini bir il uzadıb.

Co Bayden bəyanatında izah edib ki, 11 sentyabr tarixli terror aktları ölkə üçün “daimi və birbaşa” təhlükə yaratmağa davam edən böhrana səbəb olub.

“Mən ölkədə mövcud olan terror təhdidi ilə bağlı 2001-ci il sentyabrın 14-də elan olunmuş fövqəladə vəziyyətin müddətini daha bir il uzadıram”, – deyə onun bəyanatında bildirilir.

Birləşmiş Ştatlarda fövqəladə vəziyyət terrorçular təyyarələri ələ keçirəndən və onları Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə və Pentaqona yönəldəndən üç gün sonra tətbiq edilib. Daha bir təyyarə Pensilvaniya ştatında qəzaya uğrayıb. Ümumilikdə, terror aktları nəticəsində təqribən 3 min nəfər həlak olub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər