19 C
Baku
Thursday, May 2, 2024

ABŞ-da helikopter qəzası nəticəsində bank direktoru ailəsi ilə birlikdə həlak olub

Nigeriyanın Access Bankının baş icraçı direktoru Herbert Viqve, həyat yoldaşı və oğlu Kaliforniya-Nevada sərhədində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

Bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru, əvvəllər Nigeriyanın maliyyə naziri vəzifəsində çalışmış Nqozi Okonjo-İveala bildirib.

Bundan əvvəl NBC telekanalı məlumat vermişdi ki, Eurocopter EC 130 helikopteri Kaliforniyada Nevada sərhədi yaxınlığında Nipton şəhəri yaxınlığında qəzaya uğrayıb. Helikopterdə 6 nəfər olub, onlardan heç biri sağ qalmayıb.

 

 

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər