16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

ABŞ-da ictimai nəqliyyat pulsuz olacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Koronavirus pandemiyası səbəbindən sərnişinlərin sayı azalıb, buna görə də Los-Angeles metropoliteni avtobus və qatar qiymətlərini ləğv etməyi düşünür.

Bu barədə “Bloomberg” xəbər yayıb.

ABŞ-ın ən sıx bölgəsinə xidmət edən “LA Metro”, böhran səbəbindən gəlirləri azalan insanlara iqtisadi təzyiqi azaltmaq üçün belə bir addım atmaq istəyir. Gəlirdə azalmanın qarşısını almaq üçün dövlət qrantları və ya reklam gəlirlərinin yenidən bölüşdürülməsi yolu ilə alternativ maliyyələşdirmə nəzərdə tutulur.

Qeyd edək ki, Avropada bəzi ölkələr artıq bu addımı atmağa qərar veriblər. Estoniya və Lüksemburq ictimai nəqliyyatdan pulsuz istifadə proqramları tətbiq edib.

Parisdə bu qərar yetkinlik yaşına çatmayanlar üçün qüvvədədir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Oxu.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər