7 C
Baku
Thursday, December 12, 2024

ABŞ-da illik inflyasiya 1981-ci ilin maksimumuna çatıb

ABŞ-da 2022-ci ilin mart ayında istehlak qiymətlərinin artım tempi illik ifadədə 8.5%-ə qədər sürətlənərək 1981-ci ilin dekabrından bu yana maksimuma çatıb.

Banker.az “Vedmosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Əmək Nazirliyi təsdiq edib.

Mart ayında inflyasiyanın sürətlənməsinə təsir edən əsas amil benzin, mənzil və ərzaq məhsullarının bahalaşması olub. Ötən ay benzin orta hesabla 18.3%, ərzaq məhsulları 1% bahalaşıb. Enerji və ərzaq məhsulları istisna olmaqla, qiymətlər 6.5% artıb ki, bu da 1982-ci ilin avqustundan bəri 12 ayda ən yüksək göstərici olub.

Mart ayında avro zonasında illik inflyasiya da statistika tarixində rekorda imza atıb – orada bu rəqəm 7.5% təşkil edib. Fevralda Böyük Britaniyada da istehlak qiymətlərində rekord artım qeydə alınıb – 6.2%.

Son xəbərlər
Digər xəbərlər