Yanvarda ABŞ-də istehlak qiymətləri illik ifadədə 3,1 % artıb.
Bu barədə ölkənin Əmək Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Aylıq ifadədə qiymətlər dekabrdakı 0,2 %-lik artımdan sonra yanvarda 0,3 % olub.
“DailyFX” portalının sorğusuna qatılan analitiklər illik göstəricinin 2,9%, aylığın isə 0,2 % səviyyəsində olacağı proqnozlaşdırırdı.