14 C
Baku
Saturday, November 23, 2024

ABŞ-da inflyasiya 3.2%-ə yüksəlib

Fevralda ABŞ-da istehlak qiymətləri illik müqayisədə 3.2% artıb. Bu məlumatları martın 12-də ABŞ Əmək Departamenti təqdim edib. Beləliklə, inflyasiya analitiklərin 3.1% gözlənilən proqnozlarından bir qədər yüksək olub. Yanvar ayı ilə müqayisədə fevralda qiymətlər 0.4% artıb.

Fevralda ən əhəmiyyətli artımı benzinin qiymətləri göstərib. Enerji qiymətləri ümumilikdə 2.3% artıb. Yanvar ayı ilə müqayisədə nəqliyyat xidmətlərinin qiymətləri 1.4%, mənzillərin qiymətləri 0.4% artıb. Ümumilikdə xidmətlərin qiymətləri 0.5% yüksəlib. Eyni zamanda, çöldə yemək də daxil olmaqla, ərzaq məhsullarının qiymətləri yanvar ayı səviyyəsində qalıb, yeni avtomobillərin qiymətləri isə 0.1% ucuzlaşıb.

İnflyasiyanın ardıcıl ikinci dəfə gözləntilərdən bir qədər yüksək olmasına baxmayaraq, analitiklər Federal Ehtiyat Sisteminin (FED) yayda əsas uçot dərəcəsini azaltmağa başlayacağını proqnozlaşdırırlar. 2022-ci ilin mart ayından etibarən FED onu cəmi 525 bənd qaldırıb, indi o, 5.25-5.50% səviyyəsindədir.

Son xəbərlər
Digər xəbərlər