7 C
Baku
Thursday, December 12, 2024

ABŞ-da inflyasiya 31 illik maksimumu yeniləyib

Oktyabrda ABŞ-da istehlak qiymətləri illik ifadədə 6.2% artıb. Sonuncu dəfə belə rəqəmlər 1990-cı ildə müşahidə olunub.

Banker.az xəbər verir ki, məlumatı ABŞ-ın Əmək Departamenti təqdim edib. Eyni zamanda göstərici proqnozlaşdırılandan 5.9% yüksək olub. Sentyabr ayı ilə müqayisədə inflyasiya 0.8 faiz bəndi sürətlənib.

“Bu dinamika qiymət artımlarını əks etdirir və istehsalçılar daha yüksək xərcləri istehlakçıların üzərinə qoyarkən artan inflyasiya təzyiqlərini sübut edir”, – deyə agentlik qeyd edib.

Bununla belə, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauel və ölkənin maliyyə naziri Canet Yellen hələ də qiymət təzyiqinin müvəqqəti olduğunu təkid edirlər. Onların fikrincə, bu, pandemiya ilə bağlıdır.

Statistika həmçinin oktyabrda ABŞ-da yanacağın qiymətləri 12.3%, illik müqayisədə isə 59.1% artdığını göstərir. Elektrik enerjisi ayda 4.8%, ildə 30%, ərzaq məhsulları isə müvafiq olaraq 0.9% və 5.4% bahalaşıb. İşlənmiş avtomobillərin qiyməti oktyabrda 2.5%, son bir ildə 26.4%, yeni avtomobillərin qiyməti isə müvafiq olaraq 1.4% və 9.8% artıb.

Son xəbərlər
Digər xəbərlər