8 C
Baku
Saturday, December 3, 2022

ABŞ-da inflyasiya açıqlandı – Dollar yenidən bahalaşmağa istiqamətlənir

İstehlakçıların geniş çeşiddə mal və xidmətlər üçün ödədiyi qiymətlər, inflyasiya təzyiqlərinin ABŞ iqtisadiyyatına təsirini davam etdirməsi səbəbindən sentyabr ayında gözləniləndən daha çox artıb.

Banker.az ABŞ-ın Əmək Bazarı Statistikası Bürosunun açıqlamasına istinadən xəbər verir ki, sentyabr ayında inflyasiyanın aylıq ifadədə 0.2% gözləniləcəyi təqdirdə, 0.4% təşkil edib. Bu avqust ayında 0.1% idi.

Birjada volatilliyə əsas təsir edən əsas göstərici olan orta illik inflyasiya 8.1%-ə düşəcəyi gözlənilsə də 8.2% təşkil edib – gözləniləndən daha az azalma.

Bu nə deməkdir?

ABŞ Federal Ehtiyat Sistemi ölkədə inflyasiya ilə mübarizədə məqsəd qoyub. FED nəyin bahasına olursa-olsun inflyasiyanı yatırmaq üçün faiz artmına gedəcəyini planlayıb. Anti-inflyasiya aləti kimi tanınan uçot faiz dərəcəsini cari ildə 0.25%-dən 3.25%-ə qaldırıb. Növbəti iclaslarda isə FED uçot faiz dərəcəsini 4.5%-ə qədər (ilin sonuna) qaldıracağını planlayıb.

Bu da o deməkdikr ki, faizlər artıqca qlobal miqyasda dollarlar ABŞ-a “istiqamətlənib” axır. Nəticədə,  investorlar digər valyutalarda satışlar edib ABŞ dollarını almağa can atırlar. Beləliklə, dollar bahalaşmağa başlayıb.

ABŞ dolları əsas 6 valyuta səbətinə qarşı formalaşan indeksi son 20 ilin maksimumunu yeniləyib.

Yen, fun-sterlinq və avro kimi valyutalara qarşı kəskin dəyər qazanıb, son onilliklərin yuxarı həddinə baş vurub.

 

Son xəbərlər
Digər xəbərlər
X