ABŞ-da orta illik inflyasiya 2022-ci ilin may ayında 8.6% olmaqla gözləntiləri üstələyib ki, bu da FED-in faiz artımında gözləmə mövqeyinə keçəcəyi imkanları məhdudlaşdırır.
Bu barədə Banker.az Əmək Statistika Bürosunun rəsmi açıqlamasına istinad edir.
Bundan öncə isə inflyasiya 8.3% idi və burjalar may ayında dəyişməz qalacağını gözləyirdi.
May ayında aylıq inflyasiya isə 0.6% olub.
Bu da 1981-ci ilin yanvarından (8.9%) bu tərəfə ən yüksək göstəricidir.
Enerji qiymətləri bir ay əvvələ nisbətən çox, 3.9% artaraq illik artımı 34.6%-ə çatdırıb. Kateqoriya daxilində mazut aylıq 16.9% artım göstərərək, 12 aylıq artımı 106.7%-ə çatdırıb.
İstehlak Qiymətləri İndeksində təqribən üçdə birini təşkil edən sığınacaq xərcləri ay ərzində 0.6% artdı ki, bu da 2004-cü ilin martından bəri ən sürətli bir aylıq qazancdır. 5,5% 12 aylıq artım 1991-ci ilin fevralından bəri ən yüksək göstəricidir.
Nəhayət, may ayında ərzaq xərcləri daha 1.2% artaraq illik artımı 10.1%-ə çatdırıb.
Federal Ehtiyat Sistemi artımı yavaşlatmaq və qiymətləri aşağı salmaq üçün faiz artımı kampaniyasının ilkin mərhələlərində biri kimi də inflyasiyanın düşməsi ola bilər. May ayında olan inflyasiyanın belə yüksək olması qarşıda 50 baza bəndindən (0.5%) çox faiz artırma ehtimalını gücləndirir.
ABŞ-da inflyasiyanın bu qədər yüksək olmasında bazar artıq yaxşı nəsə görmür.
Birjalar uçot faiz dərəcəsinin 75 baza bəndi yüksəlməsi ilə, bazarlar FED-in il ərzində və bəlkə də 2023-cü ilə qədər sərtləşdirmə siyasətini davam etdirəcəyini gözləyir.
Bir sıra bazar araşdırmaçıları artıq ilin sonuna kimi uçot faiz dərəcəsinin 2.75%-3%-ə yüksələcəyi gözləməkdədir.
Bundan əlavə inflyasiya ABŞ Prezident Co Bayden üçün siyasi başağrısına çevrilib.
Administrasiya rəsmiləri Covid pandemiyası ilə bağlı tədarük zənciri problemlərində, xidmətlərdən daha çox mallara tələbatın yaratdığı balanssızlıqda və Rusiyanın Ukraynaya hücumuna görə baş verdiyini iddia edirlər.
Wall Street Journal-ın son məqaləsində Bayden tədarük zəncirlərini daha da təkmilləşdirməyə çalışacağını və büdcə kəsirini azaltmaq üçün səyləri davam etdirəcəyini qeyd edilib.
Bayden və Maliyyə Naziri Janet Yellen inflyasiyanın aşağı salınması üçün məsuliyyətin böyük hissəsinin FED-ə aid olduğunu ehyam vurublar.
Göründüyü kimi, FED imkan çərçivəsində mümkün qədər faizləri artırmağı hədəfləyib, lakin artım üçün bir limit var. Çünkü bu iqtisadiyyat üçün zərərli ola bilər.