ABŞ istehlak qiymətlərinin baza indeksi gözləniləndən daha aşağı oldu.
Banker.az ABŞ-ın Əmək Statistika Bürosuna istinadən xəbər verir ki, iyulda istehlak qiymətləri baza indeksi 5.9% təşkil edib. Bu da öncəki ayla müqayisədə dəyişməzdir.
Ölkədə orta illik inflyasiya 8.5% olmaqla gözlənilən 8.7%–lik proqnozu üstələyib.
İyun ayında illik inflyasiya 9.1% idi.
ABŞ-da inflyasiyanın düşəcəyi artıq proqnoz edilirdi. Buna səbəb kimi, iyulun ortasından sonra ölkədə enerji qiymətlərinin bir qədər düşməsi ilə ölkədə inflyasiyanın artmının zəifləməsinə gətirib çıxarıb.
Qeyd edək ki, ABŞ doları üçün inflyasiya rəqəmləri çox önəmli bir göstəricidir. Belə ki, requlyator Federal Ehtiyat Sistemi (FED) inflyasiyanı cilovlamaq üçün sərt monetar siyasətə əl atır. Cari durumda resessiya riskini nəzərə almaq və FED rəhbərinin faiz artımı ilə bağlı bir qədər əyləcə basmağa ehtiyac olduğuna dair siqnalı dolların bir qədər zəifləməsinə gətirib çıxarıb.
Bu xəbərin ardından artıq 6 əsas valyuta səbəti qarşısında ölçülən ABŞ dollarının indeksi 1.317 bənd, yaxud 1.24% azalma ilə 104.935 bəndə düşüb ki, bu da son bir ayın minimumudur. EUR/USD hazırda 1.0337 səviyyəsinə yüksəlib. Bu d sessiya ərzində 0.0126 dollar, yaxud 1.23% yüksəlmədir.