Avqust ayında ABŞ-da inflyasiya səviyyəsi gözləniləndən az azalıb, bu da hələ ki FED-in böyük faiz artımı ehtimalının yüksək olması üçün səbəb kimi qalmaqdadır.
Banker.az ABŞ-ın Əmək Statistikası Bürosuna istinadən xəbər verir.
ABŞ-da avqust ayında orta illik inflyasiya 8.3%-ə düşüb. Birjalar isə bunun 8.1%-ə düşəcəyini ehtimal edirdi. Öncəki ay – iyulda illik 8.5% idi.
Avqustda aylıq inflyasiya 0.6% təşkil edirdi, bu iyulda cəmi 0.3% idi.
ABŞ Federal Ehtiyat Sistemi inflyasiyanı 2% hədəflərinə qaytarmaq üçün bütün əlindəki imkanlardan istifadə edəcəyini işarə edib. Proqnozlara görə, 21 sentyabrda keçiriləcək iclasda ABŞ FED-i faizləri 75 baza bəndi artıracaq. Cari uçot faiz dərəcəsi isə 2.50% təşkil edir.
Bu xəbərə birjalar çox emosional reaksiya verdi. ABŞ dollarının altı əsas valyuta səbəti qarşısında ölçülən indeksi (DXY) 0.6 faiz artımla 108.77 bəndə yüksəldi.