-3 C
Baku
Wednesday, February 28, 2024

ABŞ-da “iPhone”ların satışı qadağan oluna bilər

“Qualcomm” və “Apple” şirkətləri arasında patent mübahisələri ABŞ-da “iPhone” smartfonlarının satışlarının qismən və ya tam qadağan olmasına gətirib çıxara bilər.

Müvafiq tövsiyəni ABŞ-ın Beynəlxalq Ticarət üzrə Komissiyanın inzibati işlər üzrə hakimi Meri Coan Maknamara irəli sürüb. Hakim “Apple” tərəfindən “Qualcomm”a məxsus smartfonların hazırlanma texnologiyası patentinin pozulması işinə baxaraq qərarı “Qualcomm” şirkətinin xeyrinə verib. Hakimin çıxardığı hökm ilkin hesab olunur və məcburi icrasını tələb etmir.

Yaxın gələcəkdə məsələ Komissiyanın növbəti iclasında yenidən baxılacaq və yekun qərar qəbul olunacaq. İclasın keçirilmə tarixi məlum deyil. Əgər “Apple” bu prosesi uduzsa, o zaman şirkət “iPhone”ların bəzi modellərinin satışını dayandırmalı olacaq. Modellərin siyahısı dəqiqləşdirilir.

Qeyd edək ki, hakimin qərarının mətbuatda yayılmasından sonra “Apple” şirkətinin aksiyaları 0,73% bahalaşıb, “Qualcomm”un isə qiymətli kağızları 0,69% ucuzlaşıb.

ONA

Son xəbərlər
Digər xəbərlər