ABŞ-da işsizlik müavinətlərinin 400 mlrd. dolları saxtakarların əlinə keçib

ABŞ-ın kibertəhlükəsizlik şirkətinin verdiyi məlumata görə, ABŞ işsizlik müavinətlərinin 400 milyard dollarını itirib. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Şirkətin rəhbəri Bleyk Holl bunun bütün ödənişlərin demək olar ki, yarısı olduğunu vurğulayır.

Fırıldaqçılar bir neçə sxemdən istifadə edirlər. Adətən onlar birinci şəxsi məlumatları oğurlayırlar, sonra isə onlardan həmin insanların pullarını mənimsəmək üçün istifadə edirlər.

“LexisNexis Risk Solutions” şirkətinin baş direktoru bildirir ki, saxtakarların oğurladığı pulun ən azı 70%-i ABŞ-dan xaricə sızıb. Onun sözlərinə görə, vəsaitlərin böyük hissəsi Çin, Nigeriya və eyni zamanda Rusiyadakı cinayətkarlar qrupunun əlinə keçib.

8 may tarixinə olan məlumata görə, ABŞ-da işsizlik müavinəti alanların ümumi sayı 3.7 milyon çox olub. Pandemiya və karantin tədbirlərinin tətbiq edilməsindən əvvəl işsizlik müavinəti üçün müraciətlərin sayı 300 mindən çox olmayıb, lakin 2020-ci ilin mart ayının ortalarında bir anda 3 milyonu keçib.

Daha əvvəl “Forbes” ABŞ Federal Ticarət Komissiyasına 2020-ci ildə 394 min amerikalıdan şikayət gəldiyini yazıb. Qeyd edildiyi kimi, onların şəxsi məlumatları qanunsuz şəkildə istifadə edilib. Fırıldaqçıların əksəriyyəti bu məlumatlardan işsizlik müavinəti almaq üçün istifadə ediblər. Bu cür şikayətlərin sayı 2019-cu illə müqayisədə 3000% artıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.