8 C
Baku
Thursday, December 12, 2024

ABŞ-da işsizliyin səviyyəsinin artması dolların bahalaşmasını təxirə salır

Avqust ayında ABŞ-da qeyri-aqrar sahədə 151 min yeni iş yeri açılıb.

ABŞ-ın Əmək Nazirliyinin açıqladığı statistikaya istinadən xəbərə görə, “Reuters” agentliyinin sorğu keçirdiyi ekspertlər ötən ay 180 min yeni iş yerinin açılacağını proqnozlaşdırıb.

Qeyd edək ki, iyulda 275 min yeni iş yeri açılıb.

İşsizliyin səviyyəsi də proqnozlarla üst-üstə düşməyib. Bu göstərici 4,9% səviyyəsində qalıb. Halbuki, ekspertlər ötən ay işsizliyin səviyyəsinin 4,8% səviyyəsinə enəcəyini proqnozlaşdırıb.

Əsas diqqət yetirilməli olan göstərici işsizliyin səviyyəsinin artmasıdır. “APA-Economics”in proqnozuna əsasən, məhz işsizliyin səviyyəsinin artması səbəbindən Federal Ehtiyatlar Sistemini (FED) 20-21 sentyabr tarixlərində keçiriləcək toplantıda uçot dərəcəsini artırmayacaq (dolları bahalaşdırmayacaq). Statistik göstəricilər açıqlandıqdan sonra artıq bir çox birja iştirakçıları da məhz buna diqqət yetirir.

APA

Son xəbərlər
Digər xəbərlər