ABŞ-da ilk dəfə olaraq, bir gündə 3 mindən çox insan Covid-19-dən dünyasını dəyişib. “New York Times” bunu ölkənin yeni antirekordu adlandırıb.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Verilən məlumata görə, çərşənbə günü 3011 ölüm halı qeydə alınıb. Qeyd edək ki, ABŞ-da karantin tədbirlərinin yumşalması fonundan Covid-19 koronavirusuna yoluxma günü-gündən artır.