11 C
Baku
Monday, November 25, 2024

ABŞ-da koronavirusdan ölənlərin sayı “ispan qripi”ndən ölənlərin sayını ötüb

ABŞ-da pandemiya başlayandan COVID-19-dan 675 min 446 nəfər ölüb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, 1918-1919-cu illərdə Amerikanı bürümüş “ispan qripi” isə 675 min insanın ölümünə səbəb olub. Beləliklə, koronavirus daha ölümcül infeksiyaya çevrilib.

Bəzi tədqiqatçılar ABŞ-da “ispan qripi” qurbanlarının rəsmi sayının daha az olduğunu hesab edirlər. Xatırladaq ki, bu xəstəliyin törədicisi H1N1 virusudur, hansıki Birinci dünya müharibəsindən qayıdan əsgərlər tərəfindən gətirilib. O dövrdə peyvənd yox idi, yoluxanlar karantinə alınırdı, sağlamlar isə gün ərzində bir neçə dəfə əllərini yumaqla kifayətlənirdi.

“İspan qripi”nin fərqli xüsusiyyətlər arasında gənclər arasında ölüm nisbətinin yüksək olmasıdır. Alimlər bu virusu yenidən yaratsalar da, onun bu qədər ölümcül olmasının səbəblərini müəyyən edə bilməmişdilər. Qeyd edək ki, dünyada 500 milyon insan “ispan qripi”nə yoluxub, onlardan 50 milyonu ölüb.

ABŞ-ın baş infeksionisti Entoni Fauçi ölkədə COVID-19-dan ölənlərin sayının artmasının qarşısını almaq üçün vaksinasiyanın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, “delta” ştamı sürətlə yayılır, ABŞ-da isə hələ 70 milyon insan peyvənd olunmayıb.

Son xəbərlər
Digər xəbərlər