12 C
Baku
Saturday, November 23, 2024

ABŞ-da koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət ləğv edilib

ABŞ Prezidenti Cozef Bayden 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən fövqəladə vəziyyəti ləğv edib.

Bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyəti ləğv edən qanunu imzalayıb” – Ağ Ev bəyan edib.

ABŞ-da fövqəladə vəziyyət rejimi 31 yanvar 2020-ci ildə tətbiq edilib və 2023-cü ilin aprelin 11-də başa çatıb.

Əvvəlcə hökumət fövqəladə vəziyyəti daha bir ay uzatmaq istəsə də, ABŞ Konqresi fövqəladə vəziyyətə dərhal son qoymaq üçün qanun layihəsini təsdiqləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər