-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ-da koronavirusu aşkar edən maska yaradılıb

Massaçuseç Texnologiya İnstitutu və Harvard Universitetinin alimləri xəstələrdə 90 dəqiqə ərzində koronavirusu aşkar edə bilən maska yaradıblar.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir ki, bu cihaz çıxarıla bilən sensorlu maska prototipidir. Alimlərin fikrincə, onu laboratoriya xələti və ya digər geyimin üzərinə tikmək olar.

Sensor maska taxıldıqdan təxminən yarım saat sonra nəticə göstərir. Onu başqa insanlar nəticəni görə bilməyəcək şəkildə də istifadə etmək olar. Bu funksiya məxfilik üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu tip sensorun inkişafına bir neçə il əvvəl başlanılıb. Daha əvvəl onlardan Ebola və Zika virus infeksiyalarını aşkar etmək üçün istifadə edilib. Bildirildiyi kimi, sensorlar hava yolu ilə ötürülən digər virusları aşkar etmək üçün də tətbiq olunur.

Əvvəllər buna bənzər cihaz Fransanın “BioSerenity” şirkəti tərəfindən hazırlanıb. Tərtibatçıların fikrincə, bu maska koronavirusu zərərsizləşdirir. Onu taxdığımız zaman viruslarla mübarizə tekstil təbəqə sayəsində artır. Lakin bu cür müdafiə vasitəsini dörd saatdan çox istifadə etmək tövsiyə edilmir.

Son xəbərlər
Digər xəbərlər