-1 C
Baku
Sunday, December 15, 2024

ABŞ-da meymunçiçəyinə görə fövqəladə vəziyyət elan oluna bilər

Prezident Co Baydenin administrasiyası meymunçiçəyi virusunun yayılması səbəbindən yaxın günlərdə səhiyyə sahəsində fövqəladə vəziyyət elan edə bilər.

Bunu Politico nəşri məlumatlı mənbələrə istinadla bildirib. Qəzetin məlumatına görə, fövqəladə vəziyyət həftənin sonunda elan oluna bilər. Lakin qərar hələ qəti deyil. ABŞ-ın səhiyyə naziri bəyan edib ki, nazirlik “variantları öyrənməyə davam edir”. Məmurlar arasında bu addımın həm tərəfdarları, həm də əleyhdarları var.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iyulun 14-nə olan məlumatına əsasən, dünyanın 60-dan çox ölkəsində meymunçiçəyi virusuna təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 10 mini ötüb. Politico nəşri qeyd edir ki, hazırda Birləşmiş Ştatlarda 3,6 minə yaxın yoluxma halı qeydə alınıb. Virusun yayılma ocağının Nyu-York şəhəri olduğu bildirilir.

ÜST xəstəliyin qlobal miqyasda yayılma riskini orta səviyyədə qiymətləndirir. Hələlik meymunçiçəyi epidemiyası beynəlxalq narahatlıq doğuran fövqəladə hal sayılmır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər