12 C
Baku
Sunday, October 27, 2024

ABŞ-da naməlum şəxs lotereyada 1.3 milyard dollar udub

ABŞ-ın Men ştatında naməlum şəxs lotereyada 1,3 milyard dollar udub.

Qeyd edilir ki, oyun cümə günü, yanvarın 13-də keçirilib.

“Men ştatından olan lotereya bileti sahibi, cümə gecəsi çəkilmiş altı nömrənin hamısına – ağ toplar 30, 43, 45, 46 və 61 üstəgəl bir qızıl meqabol 14-ə uyğun gələn yeganə bilet olduqdan sonra xoşbəxt yeni ili qeyd edəcək” – lotereyanın operatoru olan “Mega Millions” şirkətinin mətbuat xidməti məlumat yayıb.

ABŞ-da qüvvədə olan qaydalara əsasən, cekpotun qalibi ya uduşun vergiyə cəlb olunan hissəsini (723,5 milyon dollar) nağd şəkildə, ya da daha böyük məbləği 30 il ərzində ala bilər.

Son xəbərlər
Digər xəbərlər