30 C
Baku
Thursday, July 10, 2025

ABŞ-da naməlum uçan obyektlərlə bağlı işçi qrupu yaradılır

ABŞ Müdafiə Nazirliyi Hava Qüvvələri pilotlarının qarşılaşdığı naməlum uçan obyektləri araşdırmaq üçün işçi qrupu yaratmaq qərarına gəlib.

Bu barədə “CNN” hərbi mənbələrə istinadən xəbər verir.

Müdafiə nazirinin müavini David Norkvist yaxın günlərdə rəsmi olaraq təqdim ediləcəyi gözlənilən işçi qrupuna nəzarət edəcək.

Qeyd edək ki, cari ilin iyul ayında ABŞ Konqresində naməlum uçan obyektlərlə bağlı narahatlıq ifadə edilib. Bildirilib ki, obyektlər “potensial düşmənlər”in kəşfiyyat vasitəsi ola bilər.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər