ABŞ-da neft ehtiyatı həftə ərzində 1,2% enib

Banker.az xəbər verir ki, ABŞ-ın Energetika nazirliyinin energetik məlumatların idarə olunması üzrə həftəlik hesabatında deyilir ki, ABŞ-da kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) 25 avqustda tamamlanan həftə ərzində 5,4 miyon barrel, yaxud 1,2% enərək 457,8 milyon barrel olub.

Analitiklər isə neft ehtiyatlarının 0,41%, yaxud 1,908 milyon barrel enərək 461, 292 milyon barrel olduğunu güman edirdilər.

Nazirliyin məlumatına görə, həftə ərzində ABŞ-da neft hasilatı 0,02%, yaxud sutkada 2 min barrel artaraq sutkalıq 9,53 milyon barrel təşkil edib.

Ölkənin ən nəhəng terminalı Cushing-də nefy ehtiyatı 0,7 milyon barrel artaraq, 57,2 milyon barrel təşkil edib.

Həmçinin, nazirliyin məlumatına görə, ölkədə strateji htiyat dəyişməyib və 678,9 milyon barrel səviyyəsində qalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər