13 C
Baku
Saturday, November 23, 2024

ABŞ-da neft ehtiyatları bir həftəyə 7.06 milyon barel azalıb

ABŞ-da kommersiya məqsədli neft ehtiyatları ötən həftə ərzində 7,06 milyon barel azalaraq 424,95 milyon barel səviyyəsinə düşüb.

Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Benzinin əmtəə ehtiyatları 4,64 milyon barel azalaraq 215,67 milyon barel təşkil edib.

Distillatların kommersiya ehtiyatları 766 min barel artaraq 112,26 milyon barelə çatıb.

Analitiklər neft ehtiyatlarının 800 min barel artacağını, benzin ehtiyatlarının 1 milyon barel azalacağını və distillat ehtiyatlarının isə 1 milyon barel artacağını gözləyirdilər.

 

 

Son xəbərlər
Digər xəbərlər