13 C
Baku
Friday, November 22, 2024

ABŞ-da neft kəmərindən böyük sızma olub

ABŞ konqresmeni Mişel Stil prezident Co Baydeni Kaliforniyanın Orinj bölgəsində fövqəl hadisənin baş verməsi barədə məlumatlandırıb. Banker.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında neft kəmərindən sızma nəticəsində Sakit Okeana 3 min bareldən çox neft axıb.

“Təsirə məruz qalan bütün Kaliforniya əyalətlərinə ictimai və fərdi yardım ayrılmasının dərhal təsdiqini tələb edirəm”, – deyə Mişel əlavə edib.

“Los Angeles Times” qəzetinin yazdığına görə, sızma Kaliforniya ştatının “Huntington Beach” sahilindəki boru kəmərində baş verib. Hadisə yerli ekoloji qoruqda olan balıq və quşların ölümünə səbəb olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər