6 C
Baku
Şənbə, Yanvar 22, 2022

ABŞ-da neft: qiymətlər sıfıra yaxınlaşır

WTI markalı amerikan neftinin fyuçersləri 20% düşüb. Qeyd edək ki, OPEC+ iştirakçılarının iclasından əvvəl əldə edilən nəticələrdən sonra qiymətlərin enməsi 10 dollardan çox olub.

Bu çökmənin bir neçə səbəbi var: həm fundamental, həm də texniki.
Məsələ ondadır ki, ABŞ-ın anbarları artıq dolub və yeganə alternativ yol olaraq tankerlər qalır. Lakin Texasda hasil edilən neftin dənizə çıxışı yoxdur.

Banker.az xəbər verir ki, “Bloomberg” agentliyinin verdiyi məlumata görə, ABŞ-ın bəzi şist şirkətləri yanacağı fiziki bazarda 2 dollara satmaq məcburiyyətində qalır. Və bu zarafat deyil, mart ayının sonunda amerikan neftinin qiyməti artıq mənfiyə düşmüşdür – “Wyoming Asphalt Sour” qarışığı mənfi 19 sentə satılıb.

Texniki səbəb isə ondan ibarətdir ki, WTI fyuçerslərinin tədarükü müqaviləsinin müddəti başa çatır, iyun kontraktı isə 40% bahadır.
Bu disbalansın səbəbi USO neft birjası fondu olmuşdur. Müqavilənin müddəti başa çatana kimi fond may fyuçerslərini satmaq və iyun fyuçerslərini almaq məcburiyyətindədir. Bu isə qiymətlərə təsir göstərir.

Son xəbərlər
Oxşar xəbərlər