13 C
Baku
Tuesday, May 14, 2024

ABŞ-da olduqca qəribə qanunlar

1. Los-Anceles şəhərində duza qoyulmuş xiyar satmaq qəti qadağındır, çünki tərəvəzin görüntüsü və ətri insanları təhqir edə bilər.

2. Şimali Dakotada 4 iyulda xüsusi bir bayram mövcuddur: Bunu “Endirim günlərinin beşinci barmağı” adlandırırlar, həmin gündə yerli sakinlərdən heç kəsi həbs etmək olmaz.

3. Kaliforniyada qadınlara xələtlə avtomobil idarə etmək olmaz.

4. Pensilvaniya ştatının Morrisville şəhərində, qadınlar icazə olmadan kosmetikadan istifadə edə və bəzənə bilməzlər.

5. Kolorado ştatının, Loqan Kaunti şəhərində kişilər yuxuda olan qadınları öpə bilməzlər.

6. Litl-Rok şəhərində siz eşqbazlığa görə 30 sutka həbs oluna bilərsiniz.

7. Montanada, Kalispell şəhərində uşaqlar dükandan nabat almaq üçün mütləq həkimdən arayış gətirməlidir.

8. Nevadanın Evrika ərazisində bığlı kişilərin qadını öpməsi qeyri qanunidir.

9. Sankt-Luis-də, Missuri Ştatında yanğınsöndürənlərin əyninə pijama və ya təkcə köynək geyinmiş qadını xilas etməyə haqqı yoxdur. Xilas edilməsi üçün qadın bütünlüklə geyimdə olmalıdır.

10. Konnektikut ştatının qanunlarına əsasən, Xartford şəhərində kişilər bazar günləri öz xanımlarını öpə bilməzlər.

11. Tennesi ştatının Dayersberq şəhərində əgər xanım ilk olaraq oğlana zəng edərsə və hələ onu görüşə dəvət edərsə bu qanun pozuntusu hesab edilir.

12.Kentukkidə qadınlara çimərlik geyimində şose ilə gəzmək qadağan edilib, yeganə istisna halı qadının minimum 2 nəfər zabit müşayiəti ilə kluba getməsidir. Amma həmin qanuna edilmiş əlavədə göstərilir ki, yuxarıda qeyd edilən qayda çəkisi 200 kq-dan çox olan qadınlara şamil edilmir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər