24 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

ABŞ-da pandemiyadan qorunmuş göydələn tikiləcək

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ-ın Mayami şəhərində yarım milyard dollar qiymətinə COVID-19 pandemiyasından qorunmuş 55 mərtəbəli göydələn tikiləcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Binada 11 min kv. m sahəsində mənzillər, hotel otaqları və tibb müəssisələri yerləşəcək. Bundan əlavə, qüllə koronavirus infeksiyasının yayılmasının qarşısını alan texnologiyalarla təchiz ediləcək.

Layihə şəhər hakimiyyəti tərəfindən “Adventist Health” və “Royal Palm Companies” şirkətləri ilə birlikdə həyata keçiriləcək. 182 metrlik olan qülləyə təxminən 500 milyon dollar xərclənəcək.

“Burada sağlamlıq və müalicə mərkəzləri, hotellər, o cümlədən yaşayış evləri olacaq. Bir sözlə, hər şey pandemiyaya hazır olacaq. Bir gün gələcəkdə burada qoruna biləcəksiniz”, – deyə mesajda bildirilir.

Göydələn “Miami Worldcenter” kompleksinin bir hissəsi olacaq. Bu, ABŞ-da ikinci ən böyük daşınmaz əmlak layihəsidir. Onun dəyəri 4 milyard dollar təşkil edəcək.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər