5 C
Baku
Monday, February 6, 2023

ABŞ-da “Powerball” lotereyasında cekpotun məbləği $610 milyona çatıb

Bu axşam “Powerball” lotereyasının cekpotu oynanılacaq. Prizin məbləği təqribən 610 milyon dollara bərabərdir. Beləliklə, oyunçular bu lotereyanın tarixində səkkizinci ən böyük cekpot qazanmaq şansı əldə ediblər.

Prizin pul dəyəri 292.6 milyon dollara bərabərdir. Qalan hissə vergi kimi dövlətə ödəniləcək.

“Powerball” lotereyasının son 34 tirajında qalib gələn olmayıb. Şənbə günü axşam prizin qiyməti 580 milyon dollar, onun pul dəyəri isə 278.2 milyon dollar olub.

Axırıncı dəfə “Powerball” cekpotu avqustun 3-də Pensilvaniyada udulub. Onun məbləği 206,9 milyon dollar idi. Bu il cekpotun beş qalibi olub. “Powerball” administrasiyasının sözlərinə görə, şənbə günü axşam lotereyanın 3 qalibi 5 ağ şarın hamısını tapıb və hərəsi 1 milyon dollar qazanıb. Bu biletlər Nyu-York, Cənubi Karolina və Texas ştatlarında satılıb. Çərşənbə günü axşam keçirilmiş tirajın əsas qalibləri arasında iki biletin biri Miçiqanda, digər Nyu-Cersidə satılıb. Onların hərəsi 1 milyon dollar qazanıb. Nyu-Cersidə satılmış üçüncü bilet isə öz sahibinə 2 milyon dollar qazanc gətirib.

“Powerball” lotereyası administrasiyasının bəyanatına görə, priz udmaq şansı 1:24.9 milyona, cekpot udmaq şansı isə 1:292.2 milyona bərabərdir.

“Powerball” lotereyası tarixində ən böyük cekpotun məbləği 1.586 milyard dollar olub. Onu 2016-cı il yanvarın 13-də udublar. Uduşlu biletlər Kaliforniya, Florida və Tennessi ştatlarında satılıb. Lotereyanın veb-saytında bildirilir ki, “Powerball” biletləri ABŞ-ın 45 ştatında, Kolumbiya dairəsində, Puerto-Rikoda və Virciniya adalarında satılır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X