22 C
Baku
Wednesday, October 9, 2024

ABŞ-da prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Noyabrın 3-ü ABŞ-da prezident və vitse-prezident seçkiləri keçirilib.

Banker.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib .

Bildirildiyi kimi, prezidentlik uğrunda Amerika administrasiyasının indiki rəhbəri respublikaçı Donald Tramp və demokrat Cozef Bayden aparıb.

Ümumilikdə seçkilərdə 35 senator, Nümayəndələr Palatasının 435 üzvü, 13 ştat qubernatoru və yeri hakimiyyət orqanları iştirak edib.

Seçkilərin nəticələrinə görə, Bayden 253, Tramp isə 213 seçici səsi toplayıb. Xatırladaq ki, ABŞ-da prezident seçkilərində qələbə qazanmaq üçün 270 seçici səsi tələb olunur.

Bildirildiyi kimi, Donald Tramp Arizona və Nevada ştatlarında bülletenlərin hesablanması ilə əlaqədar məhkəməyə müraciət edə bilər.

Son xəbərlər
Digər xəbərlər